Azərbaycanda yeni ticarət sistemi üzrə BFB üzvləri üçün təlimlər keçirilir

Azərbaycanda yeni ticarət sistemi üzrə BFB üzvləri üçün təlimlər keçirilir Bu, "Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi" çərçivəsində təşkil olunub
Maliyyə
14 Yanvar , 2016 18:16
Azərbaycanda yeni ticarət sistemi üzrə BFB üzvləri üçün təlimlər keçirilir

Bakı. 14 yanvar. REPORT.AZ/ “Kapital bazarlarının müasirləşdirilməsi Layihəsi" çərçivəsində “Kapital bazarı infrastrukturunun müasirləşdirilməsi və avtomatlaşdırılması” komponenti üzrə əldə edilmiş vahid Ticarət, post-ticarət və nəzarət platforması üzrə "Bakı Fond Birjasının (BFB) yeni ticarət sistemi" mövzusunda BFB-nin üzvləri üçün nəzərdə tutulmuş təlimlərə start verilib.

"Report"un Birjaya istinadən verdiyi xəbərə görə, təlimlər Koreya Birjasının mütəxəssisləri tərəfindən BFB əməkdaşlarının iştirakı ilə həyata keçirilir.

Təlimlər zamanı BFB-nin yeni ticarət sistemin funksionallığı, iş prinsipi, yeni ticarət imkanları, eyni zmanada BFB-də ticarət əməliyyatlarında iştirak üçün nəzərədə tutulmuş xüsusi proqram təminatında iş qaydalarının tədrisi nəzrədə tutulub.

Təlimlər ümumi tanışlıq və praktiki məşğələlər daxil olmaqla yanvarın 15-də davam edəcək. Daha sonra təlimlər Birja üzvlərinin bilavasitə iş yerlərindən davam etdiriləcək.

Xatırladaq ki, Layihənin 2016-cı ilin fevral ayına qədər davam edəcək bu mərhələsi ərzində QKDK, Milli Depozit Mərkəzi və BFB-nin mütəxəssisləri ilə birlikdə proqram təminatının sınaq işləri, eyni zamanda Koreya Birjasının əməkdaşları tərəfindən sistemlər üzər yerli mütəxəssislərə istifadəçi təlimləri keçiriləcək.

Qeyd edək ki, qiymətli kağızlarlarla vahid Ticarət, post-ticarət və nəzarət sisteminin 2016-cı ilin birinci yarısında istifadəyə veriləcəyi planlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi