BFB-nin sədri Londonda səfərdədir

BFB-nin sədri Londonda səfərdədir Bakı. 23 yanvar. REPORT.AZ/ “Bakı Fond Birjası” QSC-nin (BFB) İdarə Heyətinin sədri Vüqar Namazov Böyük Britaniyanın paytaxtı Londonda səfərdədir.
Maliyyə
23 Yanvar , 2018 18:00
BFB-nin sədri Londonda səfərdədir

Bakı. 23 yanvar. REPORT.AZ/ “Bakı Fond Birjası” QSC-nin (BFB) İdarə Heyətinin sədri Vüqar Namazov Böyük Britaniyanın paytaxtı Londonda səfərdədir.

“Report” BFB-yə istinadən xəbər verir ki, səfər zamanı London Fond Birjası ilə qarşılıqlı əlaqələrin yaradılması və inkişaf etdirilməsi, birja fəaliyyətinin effektiv və dayanıqlılığının təmin edilməsi istiqamətində birgə təcrübənin bölüşdürülməsi, listinqin inkişaf etdirilməsi, yeni maliyyə alətlərinin bazara təqdim edilməsi, hüquqi bazanın öyrənilməsi və xarici investorların kapital bazarlarına çıxarılması üçün post ticarət institutları arasında əlaqələrin qurulmasına dəstək göstərilməsi, eləcə də London Fond Birjasının həyata keçirdiyi “Elite” proqramının “Listinq Məsləhət Proqramı” ilə inteqrasiyasi yollarının müəyyən edilməsi və yerli kapital bazarlarında tətbiq edilməsi ətrafında müzakirələr aparılıb. 

Son xəbərlər

Orphus sistemi