Yuxarı
    Bağlamaq

    BFB-nin Listinq Məsləhət Proqramına ilk dəfə xarici şirkət qoşulub

    Dinlə
    Bu, Böyük Britaniyanın The Finsbury Group Limited şirkətidir
    © Report

    Bakı. 25 may. REPORT.AZ/ "Bakı Fond Birjası" QSC-nin (BFB) kapital bazarından maliyyələşməni təşviq edən məlumat və məsləhət xidmətləri proqramı – “Listinq Məsləhət Proqramı” (LMP) üzrə əməkdaşlıq haqqında Kollektiv Sazişə ilk dəfə olaraq xarici şirkət “The Finsbury Group Limited” qoşulub.

    "Report" BFB-yə istinadən xəbər verir ki, bununla əlaqədar ötən gün tərəflər arasında saziş imzalanıb.

    "The Finsbury Group Limited" Böyük Britaniya şirkəti olmaqla ictimaiyyətlə əlaqələr və investorlarla əlaqələrin qurulması üzrə ixtisaslaşıb. Onun 15-dən çox ölkədə rəsmi nümayəndəliyi var. 

    Sazişə əsasən şirkət LMP çərçivəsində investisiya şirkətləri ilə strateji əlaqələrin qurulmasına və PR xidmətlərinə dəstək göstərəcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi