BFB-nin gələn il üçün büdcəsi təsdiq ediləcək

BFB-nin gələn il üçün büdcəsi təsdiq ediləcək Birjanın səhmdarlarının yığıncağı çağırılıb
Maliyyə
5 Dekabr , 2016 17:46
BFB-nin gələn il üçün büdcəsi təsdiq ediləcək

Bakı. 5 dekabr. REPORT.AZ/ Dekabrın 23-də “Bakı Fond Birjası” QSC-nin (BFB) səhmdarlarının növbəti yığıncağı keçiriləcək. 

“Report”un əldə etdiyi məlumata görə, yığıncaqda birjanın 2017-ci il üçün büdcəsi təsdiq ediləcək.

Xatırladaq ki, BFB 1997-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1,26 mln. manatdır. Birjanın səhmdarları 20 hüquqi şəxsdir. Bunların arasında 5 yerli bank ("Azər-Türk Bank", "Azərbaycan Sənaye Bankı" (ASB), "Kapital Bank", Azərbaycan Beynəlxalq Bankı və lisenziyası ləğv edilmiş "United Credit Bank"), 14 yerli və xarici investisiya şirkəti, hətta İstanbul Fond Birjası (Borsa İstanbul) var. ASB istisna olmaqla digər səhmdarların BFB-də payı 4,76%-dir. ASB isə birjada 9,52% payla təmsil olunub.

Son xəbərlər

Orphus sistemi