BFB-də daxili biznes proseslərinin avtomatlaşdırılmasına start verilib

BFB-də daxili biznes proseslərinin avtomatlaşdırılmasına start verilib Nəzərdə tutulmuş avtomatlaşdırma mərhələli şəkildə tətbiq olunacaq
Maliyyə
31 Mart , 2017 14:39
BFB-də daxili biznes proseslərinin avtomatlaşdırılmasına start verilib
Report

Bakı. 31 mart. REPORT.AZ/ “Bakı Fond Birjası” (BFB) QSC-nin fəaliyyətində risklərin idarə olunması, daxili nəzarət sisteminin təkmilləşdirilməsi məqsədi ilə BFB daxilində olan biznes proseslərinin avtomatlaşdırılması və elektron sənəd dövriyyəsinin təşkilinə başlanılıb.

"Report" bu barədə Birjaya istinadən xəbər verir.

Mərhələli şəkildə tətbiqi nəzərdə tutulmuş avtomatlaşdırma şirkət daxili layihələrin idarə edilməsi, elektron sənəd dövriyyəsinin təşkili, hesabatlılıq, daxili resursların və biznes proseslərinin effektiv idarə edilməsi, daxili nəzarət sahələrini əhatə edəcək.

Son xəbərlər

Orphus sistemi