Bakı. 3 sentyabr. REPORT.AZ/ Bir sıra MDB ölkələrinin valyuta bazarlarının inteqrasiya edilməsi ilə bağlı imzalanmış sazişin ratifikasiyasına dair qanun layihəsi təsdiq üçün Rusiya parlamentinə təqdim olunub. "Report"un Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu saziş altı ölkə - Belarus, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistan arasında 2012-ci ilin dekabrında imzalanıb. Bundan sonra həmin sazişin digər ölkələrin parlamentləri tərəfindən də təsdiq olunacağı gözlənilir.
Sazişin qüvvəyə minməsi ilə bu MDB ölkələrinin bankları öz tərəfdaşlarının milli valyuta bazarında məhdudiyyətsiz işləyə biləcək, əməliyyatların aparılması üçün isə milli valyutaların aralıq mərhələsində dollar və ya avroya konvertasiyası tələb olunmayacaq.