​Beynəlxaq Sığorta Şirkətinin daxilolmaları kəskin azalıb

​Beynəlxaq Sığorta Şirkətinin daxilolmaları kəskin azalıb Ötən il sığorta şirkətinin xalis mənfəəti 2,4 dəfə artıb
Maliyyə
30 Mart , 2016 10:27
​Beynəlxaq Sığorta Şirkətinin daxilolmaları kəskin azalıb

Bakı. 30 mart. REPORT.AZ/ Beynəlxalq Sığorta Şirkətinin (BSŞ) 2015-ci ildə sığorta haqları üzrə ümumi yığımı 11 240,2 min manat olub ki, bunun da 11 073,9 min manatı birbaşa sığorta üzrə, 166,3 min manatı təkrarsığorta üzrə olub. “Report” xəbər verir ki, 2014-cü illə müqayisədə sığorta haqları üzrə ümumi yığımın həcmi 34,3% azalıb.

Öncəki illə müqayisədə 2015-ci ildə Şirkətin birbaşa sığorta üzrə yığımı 34,2%, təkrarsığorta üzrə yığım isə 39,3% azalıb.

Hesabat ilində BSŞ müştərilərinə 4 138,6 min manat həcmində sığorta ödənişi verib ki, bu da 2014-cü ilə nisbətən 19,3% azdır. 

Ötən il Şirkətin xalis mənfəəti 2014-cü ilə nisbətən 2,4 dəfə yaxud 660,2 min manat artaraq 1 118,7 min manata çatıb.

Qeyd edək ki, təsisçisi Azərbaycan Beynəlxalq Bankı olan Beynəlxalq Sığorta Şirkəti müştərilərə 32 sığorta növü üzrə xidmətlər göstərir.

Son xəbərlər

Orphus sistemi