Beynəlxalq Valyuta Fondu üzv ölkələrin valyuta siyasətini araşdıracaq

Beynəlxalq Valyuta Fondu üzv ölkələrin valyuta siyasətini araşdıracaq Rəsmi Vaşinqton bir sıra ölkələrin valyuta siyasətində manipulyasiya yol verdiyini düşünür
Maliyyə
22 Fevral , 2017 14:19
Beynəlxalq Valyuta Fondu üzv ölkələrin valyuta siyasətini araşdıracaq

Bakı. 22 fevral. REPORT.AZ/ ABŞ-ın maliyyə naziri Stiven Mnuçin Beynəlxalq Valyuta Fondunun (İMF) rəhbəri Kristin Laqardla telefon danışığı zamanı ona, öz səlahiyyətlərindən istifadə edərək İMF-ə üzv olan ölkələrin valyuta siyasətlərini yoxlamağa çağırıb.

"Report" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ Prezidenti Administrasiyası başda Çin olmaqla, Avropa İttifaqı və Yaponiyanı öz valyutalarını bilərəkdən ucuzlaşdırmaqda və bununla da ABŞ bazarında qeyri-ədalətli rəqabət üstünlüyünə cəhd etməkdə ittiham edib.

Xatırladaq ki, hazırda 189 ölkə İMF-in üzvüdür. Azərbaycanın İMF-də kvotası 391,7 mln. SDR (Special Drawing Rights) və ya 0,08% təşkil edir. Ən çox kvotaya isə 17,46%-lə ABŞ sahibdir. SDR - dollar (41,73%), avro (30,93%), yuan (10,92%), yen (8,33%) və funt sterlinqdən (8,09%) ibarət olan xüsusi ehtiyat ödəniş vasitəsidir.

Son xəbərlər

Orphus sistemi