Beynəlxalq Valyuta Fondu islam bankçılığına diqqəti artırır

Beynəlxalq Valyuta Fondu islam bankçılığına diqqəti artırır İslam bankçılığının cəmi aktivləri 1,5 trln. dollara yüksəlib
Maliyyə
22 Fevral , 2017 19:09
Beynəlxalq Valyuta Fondu islam bankçılığına diqqəti artırır

Bakı. 22 fevral.REPORT.AZ/ Dünyanın 60 ölkəsində mövcud olan islam bankçılığının cəmi aktivləri 2016-cı ildə 1,5 trln. dollara yüksəlib. 1990-cı ilin sonunda bu göstərici 100 mlrd. dollar həcmində olub.

"Report"un verdiyi xəbərə görə, bu göstəricilər Beynəlxalq Valyuta Fondunun (BVF) islam bankçılığının inkişaf etdiyi ölkələrdə maliyyə sabitliyinin möhkəmləndirilməsi üçün təkliflər toplusunun fond rəhbərliyi tərəfindən qısa müddət əvvəl təsdiqi ilə bağlı bu gün yaydığı məlumatda qeyd olunub.

Həmçinin sənəddə bildirilib ki, Malayziya, Küveyt və Səudiyyə Ərəbistanı da daxil olmaqla Yaxın Şərq və Asiyanın 14 dövlətində islam bankçılığı sistem əhəmiyyətlidir və onun bank sektorunun cəmi aktivlərində xüsusi çəkisi 15%-dən yüksəkdir.

Məlumata əsasən, dünyada islam bankçılığının payı 2%-dən azdır. Buna baxmayaraq, bu sahə sürətlə inkişaf edir və siyasi rəhbərlərin və idarəedicilərin diqqətini özünə çəkir. BVF hazırda 2015-ci ildə islam maliyyə xidmətləri üzrə Kuala-Lumpur Məşvərətində qəbul edilən standartların birgə tətbiqinə səsləyir.  Bura problemli banklarla vəziyyəti həll etmək üçün effektiv mexanizmlərin inkişaf etdirilməsi, maliyyə təhlükəsizlik şəbəkələrinin yaradılması, "sukuk" kimi islami dövlət qiymətli kağızların, suveren aktivlərin buraxılmasının sürətlənməsi və s. daxildir. 

Son xəbərlər

Orphus sistemi