Beynəlxalq Sığorta Şirkətinin aktivləri bu il 10% azalıb

Beynəlxalq Sığorta Şirkətinin aktivləri bu il 10% azalıb Şirkət 1-ci yarımilliyi 1,5 mln. manat xalis zərərlə başa vurub
Maliyyə
19 Sentyabr , 2016 10:39
Beynəlxalq Sığorta Şirkətinin aktivləri bu il 10% azalıb

Bakı. 19 sentyabr. REPORT.AZ/ Bu il, iyulun 1-nə Beynəlxalq Sığorta Şirkəti ASC-nin (BSŞ) cəmi aktivləri 28,242 mln. manat təşkil edib. "Report" Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 10,37% azdır.

Son 6 ayda BSŞ-nin cəmi kapitalı 5,09% azalaraq 16,067 mln. manat, cəmi öhdəlikləri isə 16,51% azalaraq 12,174 mln. manat olub.

2016-cı ilin yanvar-iyun aylarında BSŞ-nin gəlirləri 3,725 mln. manat, xərcləri 5,21 mln. manat təşkil edib. Son nəticədə Şirkət ilin 1-ci yarısını 1,485 mln. manat xalis zərərlə başa vurub.

Xatırladaq ki, BSŞ 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,8 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 10 min manat olan 1 480 səhm əsasında formalaşıb. Səhmlər 100% Azərbaycan Beynəlxalq Bankı ASC-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi