Yuxarı
    Bağlamaq

    ​Beynəlxalq Sığorta Şirkətində kadr dəyişiklikləri olub

    Nihad Afiyəddin oğlu Cəlilov şirkətin İdarə Heyətinin üzvülüyündən çıxarılıb

    Bakı. 13 iyun. REPORT.AZ/ "Beynəlxalq Sığorta Şirkəti" (IIC) ASC-nin tərkibində bəzi kadr və struktur dəyişiklikləri baş verib. “Report” xəbər verir ki, şirkətin Təftiş Komissiyasının üzvləri Qeysər Rafiq qızı Səfərəliyeva və Elxan Abbas oğlu Abbasov işdən azad edilib və bu yerlərə hələ yeni təyinat olmayıb.

    Həmçinin, IIC-nin İdarə Heyəti sədrinin I müavini Nərmin Nazim qızı Muradova, İcra Aparatının rəhbəri və İdarə Heyətinin üzvü Nihad Afiyəddin oğlu Cəlilov tutduqları vəzifədən azad olunublar. Məlumata göprə, N.Cəlilov bundan sonra hazırda ancaq İcra Aparatının rəhbəri vəzifəsini icra edəcək.

    Bundan əlavə şirkətdə bəzi yeni təyinatlar da olub. Şirkətin Təhlükəsizlik və IT Departamentinin direktoru Arif Məhərrəm oğlu Şahverdiyev, İddialar Departamentinin direktoru Fərhad Pərviz oğlu İzmaylov, Biznesin inkişafı Departamentinin direktoru Ənvər Firudin oğlu Mursakulov, baş anderrayter və Sığorta və təkrarsığorta Departamentinin direktoru isə Feyruz Dilsuz oğlu Novruzov təyin ediliblər.

    Sığorta şirkətinin baş mühasibi, mühasibat uçotu şöbəsinin rəisi Samirə Adil qızı Sadıqova isə Mühasibat uçotu Departamentinin direktoru təyin olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi