Yuxarı

​Beynəlxalq Sığorta Şirkəti bütün filiallarını bağlayıb

Şirkət sığorta məhsullarının satışı yalnız baş ofisdə həyata keçirir

Bakı. 13 iyun. REPORT.AZ/ "Beynəlxalq Sığorta Şirkəti" ASC Gəncə, Sumqayıt və Şəki şəhərlərindəki filiallarının fəaliyyətini dayandırıb. Bu barədə "Report"a Şirkətdən məlumat verilib.

Məlumata görə, filialların bağlanması xərclərin optimallaşdırılması istiqamətində aparılan tədbirlər çərçivəsində baş tutub. Bununla da şirkətin filialı qalmayıb.

Hazırda Beynəlxalq Sığorta Şirkətində sığorta məhsullarının satışı yalnız baş ofisdə - Bakı şəhərinin Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi,56 ünvanında həyata keçirilir. Şirkət sığorta hadisələri ilə bağlı müraciətləri isə həm baş ofisində, həm də paytaxtın Yasamal rayonunun Nəcəfqulu Rəfiyev küçəsi,17/26 ünvanındakı Xətai ofisində qəbul edir.

Xatırladaq ki, Beynəlxalq Sığorta Şirkəti 2002-ci ildə yaradılıb. Şirkətin 100% səhmdarı Azərbaycan Beynəlxalq Bankıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi