Beynəlxalq Sığorta Şirkəti bazarı tərk edir

Beynəlxalq Sığorta Şirkəti bazarı tərk edir Azərbaycan Beynəlxalq Bankı törəmə sığorta şirkətini bağlamaq qərarına gəlib
Maliyyə
4 Oktyabr , 2016 12:58
Beynəlxalq Sığorta Şirkəti bazarı tərk edir

Bakı. 4 oktyabr. REPORT.AZ/ Oktyabrın 12-də "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

"Report" xəbər verir ki, yığıncağın gündəliyinə "Beynəlxalq Sığorta Şirkəti" ASC-nin (BSŞ) fəaliyyətinə xitam verilməsi haqqında məsələ daxildir.

Xatırladaq ki, BSŞ 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 14,8 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 10 min manat olan 1 480 səhm əsasında formalaşıb. Səhmlər 100% ABB-yə məxsusdur. 

Xatırladaq ki, BSŞ bu ilin əvvəlindən başlayaraq Gəncə, Sumqayıt və Şəkidəki filiallarını bağlamışdır. Bir qədər əvvəl isə Şirkət "Xətai" metro stansiyasının yaxınlığında yerləşən İddialar Departamentini baş ofisinə köçürmüşdür.

Son xəbərlər

Orphus sistemi