Yuxarı

​Beynəlxalq reytinq agentlikləri Rusiyadan çıxmağı müzakirə edirlər

Rusiya Mərkəzi Bankı tərəfindən agentliklərə 2017-ci ilə qədər keçid müddəti verilib

Bakı. 24 noyabr. REPORT.AZ/ Beynəlxalq reytinq agentlikləri Rusiyadakı bizneslərini əsaslı şəkildə azalda biləcəklərini və ya tam olaraq bağlayacaqlarını bildiriblər. "Böyük üçlük" - "Moody's", S&P və "Fitch" agentlikləri Rusiyadan ayrılmağı düşünürlər. "Report" xəbər verir ki, bu məlumatı RBK agentliyinə hökümətdə olan yaxın mənbələr ötürüb. Mənbələr bildirib ki, "bu mövzu hətta Mərkəzi Bankın iclasında da müzakirə olunub". Reytinq şirkətlərinin Rusiyadan ayrılmasına səbəb kimi Rusiyanın qanunvericiliyindəki və Avropa tənzimləyicilərinin strategiyalarındakı dəyişikliklər göstərilib.

Rusiya qanunvericiliyi ölkədə olan reytinq agentliklərinin törəmə şirkətlərinin yaradılmasını tələb edir. Qeyd edək ki, hazırda hər üç agentliyin mərkəzi ofisləri Londonda yerləşir. Rusiyada isə onların filialları fəaliyyət göstərir. Bu da onlara ancaq Rusiyanın beynəlxalq reytinqini təyin etmək imkanı verir. Daxili bazarda şirkət və banklara reytinqin verilməsi üçün isə qanunvericiliklə Rusiya Mərkəzi Bankında (MB) akkreditasiyadan keçmək tələbi qoyulub. Rusiya Mərkəzi Bankı tərəfindən agentliklərə 2017-ci ilə qədər keçid müddəti verilib, əks halda, onların reytinqləri qüvvədən düşmüş hesab olunacaq. Agentliklərə yaxın mənbə isə bildirib ki, keçid dövrünün qısa olması səbəbindən agentliklər filiallarını bağlamağı nəzərdən keçirirlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi