"AccessBank" beynəlxalq təşkilatlar tərəfindən verilən kreditlərin həcminin azalmasına aydınlıq gətirib - YENİLƏNİB

"AccessBank" beynəlxalq təşkilatlar tərəfindən verilən kreditlərin həcminin azalmasına aydınlıq gətirib - YENİLƏNİB 2015-ci ilin 3-cü rübündə maliyyə müəssisələri və beynəlxalq təşkilatlar "AccessBank" QSC-dən 61 605 min manat geri götürüblər
Maliyyə
22 Oktyabr , 2015 16:51
AccessBank beynəlxalq təşkilatlar tərəfindən verilən kreditlərin həcminin azalmasına aydınlıq gətirib - YENİLƏNİB

Bakı. 21 oktyabr. REPORT.AZ/  "AccessBank" beynəlxalq maliyyə qurumları ilə həmişə yüksək səviyyədə əməkdaşlıq edib və bu gün də bu əməkdaşlığı uğurla davam etdirir, həmçinin 13 illik fəaliyyət müddəti ərzində heç vaxt maliyyə qurumları tərəfindən verilən kreditlərin vaxtından əvvəl geri tələb edilməsi halları baş verməyib". Bu barədə "AccessBank"dan "Report"a bu ilin 9 aylıq hesabatına görə banka maliyyə müəssisələri və beynəlxalq təşkilatlar tərəfindən verilən kreditlərin həcminin azalmasına aydınlıq gətirərək bildirilib.

"Bankın sonuncu rüb göstəriciləri üzrə maliyyə müəssisələrinin və beynəlxalq təşkilatların kreditlərinin həcminin azalmasının səbəbi sadəcə həmin təşkilatlarla bağlanan kredit müqavilələrin müddətinin bitməsi ilə əlaqədardır və bank hazırda da yüksək likvidliyə malik olduğu üçün bu kredit müqavilələrinin müddətləri artırılmayıb", - məlumatda deyilir.

*** 11:04

"AccessBank" QSC-nin 2015-ci ilin ilk 9 aylıq hesabatına əsasən maliyyə müəssisələri və beynəlxalq təşkilatlar 2015-ci ilin 3-cü rübü ərzində bu bankdan vəsaitlərinin bir hissəsini çəkiblər. 

"Report" xəbər verir ki, 2015-ci ilin 3-cü rübündə maliyyə müəssisələri və beynəlxalq təşkilatlar "AccessBank" QSC-dən 61 605 min manat və ya ümumi verdikləri kreditlərdən 10,75% kredit vəsaitlərini geri götürüblər. Bu vəsaitin 53,6 mln. manatı maliyyə müəssisələrinin payına, təxminən 8 mln. manatı beynəlxalq təşkilatlara aiddir.

Son xəbərlər

Orphus sistemi