“Beynəlxalq Lizinq”in rəhbərliyi dəyişib

“Beynəlxalq Lizinq”in rəhbərliyi dəyişib Elçin Əhmədovu İlham Musayev əvəz edib
Maliyyə
30 Yanvar , 2017 09:33
“Beynəlxalq Lizinq”in rəhbərliyi dəyişib

Bakı. 30 yanvar. REPORT.AZ/ “Beynəlxalq Lizinq” QSC-nin İdarə Heyətinin (İH) sədri Elçin Əhmədov vəzifəsindən azad edilib.

“Report”un əldə etdiyi məlumata görə, onun yerinə İlham Musayev təyin edilib.

E.Əhmədov isə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB) İH sədrinin müşaviri vəzifəsinə gətirilib.

Xatırladaq ki, “Beynəlxalq Lizinq” 2002-ci ildə "Joint Leasing" adı ilə yaradılıb, 2016-cı ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 1,26 mln. manatdır. Şirkətin səhmləri 100% ABB-yə məxsusdur. 

Son xəbərlər

Orphus sistemi