Yuxarı

Beynəlxalq İnvestisiya Bankı "Amrahbank"dakı nümayəndəsini dəyişib

Narayanan Qanapatini Markus Skot əvəz edib

Bakı. 24 may. REPORT.AZ/ "Amrahbank" ASC-nin Müşahidə Şurasının tərkibində dəyişiklik baş verib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, “Amrahbank”ın strateji səhmdarı olan Bəhreyn Beynəlxalq İnvestisiya Bankı Müşahidə Şurasındakı üzvünü dəyişib. Belə ki, Markus Skot Narayanan Qanapatini əvəz edib.

Qeyd edək ki, M.Skot “Amrahbank”ın strateji səhmdarı olan Beynəlxalq İnvestisiya Bankında investisiyalar üzrə baş direktor vəzifəsində çalışır və Avropa səhm kapital bazarları üzrə əhəmiyyətli təcrübəyə malikdir. Onun əvvəlki iş təcrübəsinə Londonda fəaliyyət göstərən “Credit Suisse First Boston” şirkətində vitse-prezident, “City Capital Corporation” şirkətində partnyor, Avropa İslam İnvestisiya Bankının özəl kapital və korporativ məsləhət işləri üzrə rəhbəri, “Baniyas İnvestment & Development Company” şirkətində investisiyalar üzrə baş direktoru vəzifələri daxildir. M.Skot kommersiya üzrə bakalavr dərəcəsini Okland Universitetində, daha sonra menecment üzrə master dərəcəsini Oksford Universitetində alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi