Yuxarı
    Bağlamaq

    Beynəlxalq Bankın sözçüsü vəzifəsindən istefa verib

    O, fəaliyyətini jurnalist kimi davam etdirəcəyini bildirib

    Bakı. 28 iyul.REPORT.AZ/ Azərbaycan Beynəlxalq Bankı (ABB) mətbuat xidmətinin rəhbəri, jurnalist Rauf Ağayev tutduğu vəzifədən istefa verib.

    "Report"un verdiyi xəbərə görə, bu barədə bankın yaydığı məlumatda deyilir. R.Ağayev fəaliyyətini jurnalist kimi davam etdirəcəyini, yaşıd həmkarları ilə birgə yaratdıqları elektron qəzetdə çalışacağını bildirib.

    Qeyd edək ki, R.Ağayev bu vəzifəyə 14 il əvvəl təyin edilmişdi.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi