Yuxarı
    Bağlamaq

    Beynəlxalq Bankın işçilərinin sayı artıb

    Bu barədə Bank məlumat yayıb

    Bakı. 19 dekabr. REPORT.AZ/ Bu ilin ilk yarısında Azərbaycan Beynəlxalq Bankının işçilərinin ümumi sayı 3,5% artıb. Bu barədə “Report” Banka istinadən xəbər verir.

    Məlumata görə, iyulun 1-nə ABB-nin işçilərinin sayı 1 355 nəfər olub. Bu isə yanvarın 1-i ilə müqayisədə 46 nəfər çoxdur.

    Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 641,287 mln.manatdır. Bankın səhmlərinin 54,96%-i Azərbaycan hökuməti adından çıxış edən Maliyyə Nazirliyinə, 27,26%-i "Aqrarkredit"ə, 17,78%-i isə 13 qeyri-dövlət müəssisəsinə və 1 759 fiziki şəxsə məxsusdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi