Yuxarı

Bernar Arno sərvəti 100 milyard dollara çatan üçüncü şəxs olub

Bernar Arno sərvəti ​100 milyard dollara çatan üçüncü şəxs olub

"Louis Vuitton Moët Hennessy" (LVMH) moda evinin sahibi, fransız Bernar Arno tarixdə sərvəti 100 milyard dollara çatan üçüncü şəxs olub.

"Report" "Bloomberg"ə istinadən xəbər verir ki, hazırda B.Arnonun sərvəti 100,4 milyard dollar olaraq qiymətləndirilir.

Son gündə sərvət üç milyard dollar artıb. İlin əvvəlindən isə B.Arnonun aktivləri LVMH-ın səhmlərinin dəyərinin 43 faiz yüksəlməsi nəticəsində 32 milyard dollar artıb.

"Bloomberg" tərəfindən tərtib edilən milyarderlərin sıralamasında B.Arno üçüncü yerdə qərarlaşıb. O, yalnız internet nəhəngi "Amazon"un qurucusu Ceff Bezosdan (119 milyard dollar) və "Microsoft"un keçmiş rəhbəri Bill Geytsdən (106 milyard dollar) geri qalır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi