Yuxarı
    Bağlamaq

    Belarusda uçot dərəcəsi azaldılır

    Belorus Milli Bankının bununla bağlı qərar yanvarın 18-dən qüvvəyə minəcək

    Bakı. 4 yanvar. REPORT.AZ/ Belarus Milli Bankı (BMB) uçot dərəcəsinin 1% azaldılaraq 17%-ə endirilməsi barədə qərar qəbul edib. “Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, qərar yanvarın 18-dən qüvvəyə minəcək.

    Bundan başqa, qurum ölkədəki bankların cari likvidliyinin dəstəklənməsi üzrə ikitərəfli əməliyyatlar üzrə faiz dərəcəsini də 23%-dən 22%-ə salıb.

    Xatırladaq ki, BMB ötən ilin avqustunda da oxşar addım atıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi