Belarusda rublun denominasiyası başlayıb

Belarusda rublun denominasiyası başlayıb İyulun 1-dən etibarən Belarus rublu 10 min dəfə denominasiya olunub
Maliyyə
1 İyul , 2016 10:15
Belarusda rublun denominasiyası başlayıb

Bakı. 1 iyul. REPORT.AZ/ İyulun 1-dən etibarən Belarus rublu 10 min dəfə denominasiya olunub, dövriyyəyə "dörd sıfırsız" yeni banknotlar buraxılır.

"Report" xəbər verir ki, köhnə banknotlar 2016-cı ilin sonuna qədər dövriyyədə qalacaq. Sonrakı iki il ərzində isə onları istənilən bank filialında yeni əskinazlarla mübadilə etmək mümkün olacaq.

Yeni Belarus rublu üçün 7 nominallı banknot nəzərdə tutulub - 5, 10, 20, 50, 100, 200 və 500 rubl.

Bundan əlavə, Belarusun müasir tarixində faktiki olaraq ilk dəfə dövriyyəyə dəmir pullar daxil olur. Monetalar 1, 2, 5, 10, 20 və 50 qəpik, eləcə də 1 və 2 rubl nominalındadır.

İyulun 1-nə olan rəsmi məzənnəyə görə, 1 yeni Belarus rublu təqribən 50 ABŞ sentinə bərabərdir.

Qeyd edək ki, Belarus rublunun bu denominasiyası 1991-ci ildə elan edilmiş müstəqillik dövründə artıq sayca üçüncü olub. Belə ki, 1994-cü ildə rubl 10 dəfə, 2000-ci ildə isə 1000 dəfə denominasiya edilib.

Son xəbərlər

Orphus sistemi