Belarus səfiri Azərbaycan Prezidentinin köməkçisi ilə görüşüb

Belarus səfiri Azərbaycan Prezidentinin köməkçisi ilə görüşüb Görüşdə Azərbaycan və Belarusda iqtisadi islahatların aparılması müzakirə edilib
Maliyyə
12 Oktyabr , 2016 10:00
Belarus səfiri Azərbaycan Prezidentinin köməkçisi ilə görüşüb

Bakı. 12 oktyabr. REPORT.AZ/Belarusun Azərbaycandakı Fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviç Azərbaycan Prezidentinin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirovla görüşüb. “Report” xəbər verir ki, bu barədə Belarus Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumatda deyilir ki, görüş zamanı Azərbaycan və Belarusda iqtisadi islahatların aparılması və ikitərəfli münasibətlərin gələcək inkişaf perspektivləri müzakirə edilib.

Son xəbərlər

Orphus sistemi