​Belarus Rusiya ilə ticarətdə rubldan imtina edib

​Belarus Rusiya ilə ticarətdə rubldan imtina edib Aleksandr Lukaşenko: "Rusiyanın dalınca qaçmaq qəti qadağandır"
Maliyyə
18 Dekabr , 2014 16:40
​Belarus Rusiya ilə ticarətdə rubldan imtina edib

Bakı. 18 dekabr. REPORT.AZ/ "Rusiya rublunun ardınca Belarus öz milli valyutasının devalvasiya olunmasına imkan verməyəcək".

"Report" "İnterfax"a istinadən xəbər verir ki, bu bəyanatla Belarus prezidenti Aleksandr Lukaşenko çıxış edib.

"Mövqeyimiz dəyişməzdir. Rusiyanın dalınca qaçmaq qəti qadağandır. Rusiya bazarından baş açmaq olmur", - Belarus prezidenti deyib.

"RİA Novosti"nin məlumatına görə, A.Lukaşenko Rusiya ilə bütün hesablaşmaların dollar və avro ilə aparılmasını tələb edib: "Biz enerjidaşıyıcılarının pulunu onsuz da rubl deyil, dollarla ödəyirik, ona görə də hökumətə Rusiya ilə ticarəti rubl deyil, dolar və avro ilə həyata keçirmək tapşırılıb". 

Son xəbərlər

Orphus sistemi