Yuxarı

İsveçrənin BCGE bankı Azərbaycanda maliyyə xidmətləri göstərmək niyyətindədir

BCGE Azərbaycanda maliyyə xidmətləri göstərmək istəyir

İsveçrə bankı - Banque Cantonale de Genève (BCGE) Azərbaycanda maliyyə xidmətləri və kapitalın idarə edilməsi ilə bağlı xidmətlər göstərmək istəyir.

"Report" xəbər verir ki, bunu BCGE-nin icraçı direktoru Mario Al Jebouri Azərbaycan-İsveçrə biznes forumunda bildirib.

"Bu regionda mövqelərimizi daha da möhkəmləndirmək istəyirik. Azərbaycanda geniş imkanlar var. Biz istərdik ki, burada maliyyə xidmətləri və kapitalın idarə edilməsi ilə bağlı xidmətlər göstərək", - Mario Al Jebour deyib.

O vurğulayıb ki, BCGE Cenevrə iqtisadiyyatında mühüm yer tutur: "Bankın dövriyyəsi 22 mlrd. İsveçrə frankı təşkil edir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi