Yuxarı

Dünya bazarında qızıl ucuzlaşıb

Avronun dollara qarşı məzənnəsinin artımı davam edir

Bakı. 15 sentyabr. REPORT.AZ/ Sentyabrın 14-də Amerika fond bazarlarında Dow Jones indeksi 0,38% azalaraq 16 370, 96 bənd, S&P 500 0,41% ucuzlaşaraq 1 953,03 bənd, Nasdaq isə 0,34% geriləyərək 4 805,76 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,54% geriləyərək 6 084,59 bənd, Fransa CAC-40-ı 0,67% azalaraq 4 518,15 bənd, Almaniya DAX-ı isə 0,08% bahalaşaraq 10 131,74 bənd təşkil edib.

Bu gün səhərə COMEX-də qızılın bir unsiyasının qiyməti 0,09% azalaraq 1 106,70 dollar təşkil edib.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1320 (+0,03%) təşkil edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi