Dünya bazarında qızıl ucuzlaşıb

Dünya bazarında qızıl ucuzlaşıb Avronun dollara qarşı məzənnəsi isə 1,1018 (-0,82%) təşkil edib
Maliyyə
24 Oktyabr , 2015 10:14
Dünya bazarında qızıl ucuzlaşıb

Bakı. 24 oktyabr.REPORT.AZ/ Oktyabrın 23-də Amerika fond bazarında Dow Jones indeksi 0,90% bahalaşaraq 17 646,70 bənd, S&P 500 1,10% artaraq 2 075,15 bənd, Nasdaq isə 2,27% irəliləyərək 5031,86 bənd təşkil edib.

"Report" xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 1,06% bahalaşaraq, 6 444,08 bənd, Fransa CAC-40-ı 2,53% irəliləyərək 4 923,64 bənd, Almaniya DAX-ı isə 2,88% artaraq 10 794,54 bəndə yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 3,30 dollar yaxud 0,28% ucuzlaşaraq 1 162,80 dollar olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi isə 1,1018 (-0,82%) təşkil edib.

Son xəbərlər

Orphus sistemi