Yuxarı
    Bağlamaq

    "Başak-İnam" sığorta şirkətinin lisenziyası bərpa edilib

    Maliyyə Nazirliyi: Şirkət minimum kapitalla bağlı tələbi yerinə yetirib

    Bakı. 2 dekabr. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi "Başak-İnam Sığorta Şirkəti" ASC-nin lisenziyasının qüvvəsini bərpa edib. Bu barədə "Report"a Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətindən məlumat verilib.

    Qurum bu qərarın şirkətin lisenziyasının qüvvəsini dayandırılmasına əsas verən halın aradan qaldırılmasından sonra, yəni məcmu kapitalın qanunvericiliklə müəyyən olunmuş sığortaçının tələb olunan kapitalının minimum məbləği səviyyəsinə uyğunlaşdırılması təmin edildikdən sonra verildiyini açıqlayıb.

    Xatırladaq ki, sığorta şirkətləri üçün məcmu kapitalın minimum tələbi 5 mln. manatdır və sonuncu dəfə "Başak-İnam"da minimum tələbin 10%-nin yerinə yetirilmədiyi aşkar edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi