"Başak İnam" sığorta şirkətinə verilmiş lisenziya ləğv edilib

"Başak İnam" sığorta şirkətinə verilmiş lisenziya ləğv edilib Şirkətin məcmu kapitalı qanunvericiliklə müəyyən olunmuş səviyyədən aşağı olub
Maliyyə
6 Oktyabr , 2017 18:21
Başak İnam sığorta şirkətinə verilmiş lisenziya ləğv edilib

Bakı. 6 oktyabr. REPORT.AZ/ Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının bugünkü qərarı ilə "Başak-İnam Sığorta Şirkəti" ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilib.

MBNP-dan "Report"a verilən məlumata görə, Palata tərəfindən qeyd olunan qərar "Başak-İnam" sığorta şirkətinin 2017-ci ildə təqdim edilmiş hesabatlarına əsasən onun məcmu kapitalının qanunvericiliklə müəyyən olunmuş səviyyədən aşağı olmasına görə qəbul edilib.

Lisenziyası ləğv olunmuş "Başak-İnam" sığorta şirkətinə MBNP tərəfindən müvəqqəti inzibatçı təyin edilib. 

Son xəbərlər

Orphus sistemi