“Başak İnam Sığorta” ötən ay ödəniş etməyib

“Başak İnam Sığorta” ötən ay ödəniş etməyib Bakı. 14 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında “Başak İnam Sığorta” ASC-nin yığımları 20 503 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlu...
Maliyyə
14 Fevral , 2017 17:31
“Başak İnam Sığorta” ötən ay ödəniş etməyib

Bakı. 14 fevral. REPORT.AZ/ Bu ilin yanvar ayında “Başak İnam Sığorta” ASC-nin yığımları 20 503 manat təşkil edib. Şirkətdən “Report”a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 71,56% azdır.

“Başak İnam Sığorta”nın ödənişləri isə ötən ay 100% azalıb, yəni şirkət ay ərzində ödəniş etməyib. Buna səbəb kimi sığorta hadisəsinin baş verməməsi göstərilir. Ötən ilin yanvar ayında isə “Başak İnam Sığorta”nın 4 155 manat ödənişi olub.

Xatırladaq ki, "Başak İnam Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 200 manat olan 35 000 səhm əsasında formalaşıb. Səhmlərin 24,24%-i hazırda ləğvetmə prosesində olan "Zaminbank" ASC-yə, 7,14%-i "Turanbank" ASC-yə, 5%-i "Azər-Türk Bank" ASC-yə, 14%-i Türkiyənin fransız kapitallı "Groupama Sıgorta" şirkətinə, 0,34%-i "Aqrarkredit" QSC-yə, 15,83%-i Səbinə Akif qızı Həsənovaya, 15,21%-i Akif Əkbər oğlu Kərimova (Direktorlar Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09%-i isə digər 14 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi