"Başak İnam Sığorta"nın aktivləri 7% azalıb

"Başak İnam Sığorta"nın aktivləri 7% azalıb Şirkət ilk yarımilliyi mənfəətlə başa vurub
Maliyyə
15 Sentyabr , 2016 11:09
Başak İnam Sığortanın aktivləri 7% azalıb

Bakı. 15 sentyabr. REPORT.AZ/ "Başak İnam Sığorta" ASC-nin cəmi aktivləri 2016-cı il iyulun 1-nə 8,532 mln. manat təşkil edib. "Report" Şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ilin əvvəli ilə müqayisədə 6,85% azdır.

Son 6 ayda "Başak İnam Sığorta"nın cəmi kapitalı 3,35% azalaraq 7,779 mln. manat, cəmi öhdəlikləri isə 32,16% azalaraq 753 min manat olub.

Hesabat dövründə Şirkətin gəlirləri 796 min manat, xərcləri 502 min manat təşkil edib. Son nəticədə sığortaçı 2016-cı ilin ilk yarısını 294 min manat mənfəətlə başa vurub.

Xatırladaq ki, "Başak İnam Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 mln. manatdır. Bu məbləğ hər birinin nominal dəyəri 200 manat olan 35 000 səhm əsasında formalaşıb. Səhmlərin 24,24%-i hazırda ləğvetmə prosesində olan "Zaminbank" ASC-yə, 7,14%-i "Turanbank" ASC-yə, 5%-i "Azər-Türk Bank" ASC-yə, 14%-i Türkiyənin fransız kapitallı "Groupama Sıgorta" şirkətinə, 0,34%-i "Aqrarkredit" QSC-yə, 15,83%-i Səbinə Akif qızı Həsənovaya, 15,21%-i Akif Əkbər oğlu Kərimova (Direktorlar Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09%-i isə digər 14 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi