“Başak İnam Sığorta” bazarı tərk edir

“Başak İnam Sığorta” bazarı tərk edir Maliyyə Bazarlarına Nəzarət Palatası şirkətin bağlanmasına razılıq verib
Maliyyə
24 Fevral , 2017 11:43
“Başak İnam Sığorta” bazarı tərk edir

Bakı. 24 fevral. REPORT.AZ/ “Başak İnam Sığorta” ASC bazarı tərk etmək üçün Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət edib.

“Report”un məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı məlumat verib.

Onun sözlərinə görə, sığorta şirkətinin bağlanmasına artıq razılıq verilib.

Xatırladaq ki, "Başak İnam Sığorta" 1996-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 7 mln. manatdır. Şirkətin səhmlərinin 24,24%-i hazırda ləğvetmə prosesində olan "Zaminbank" ASC-yə, 7,14%-i "Turanbank" ASC-yə, 5%-i "Azər-Türk Bank" ASC-yə, 14%-i Türkiyənin fransız kapitallı "Groupama Sıgorta" şirkətinə, 0,34%-i "Aqrarkredit" QSC-yə, 15,83%-i Səbinə Akif qızı Həsənovaya, 15,21%-i Akif Əkbər oğlu Kərimova (Direktorlar Şurasının sədri), 10,14%-i Orxan Qara oğlu Həsənova (İdarə Heyətinin sədri), 8,09%-i isə digər 14 fiziki şəxsə məxsusdur.

Son xəbərlər

Orphus sistemi