Yuxarı

​"Başak-İnam"ın ödənişləri kəskin azalıb

Topladığı hər 100 manat sığorta haqqının 18,7 manatını müştərilərinə geri qaytarıb

Bakı. 14 iyun. REPORT.AZ/ Bu ilin yanvar-may aylarında "Başak-İnam Sığorta Şirkəti" ASC-nin yığımları 330,389 min manat təşkil edib. 

Şirkətdən "Report"a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 41,5% azdır.

Hesabat dövründə "Başak-İnam"ın ödənişləri daha kəskin azalıb. Belə ki, şirkət beş ay ərzində 61,893 min manat ödəniş həyata keçirib. Bu isə bir il əvvələ nisbətən 4,7 dəfə azdır.

Bu ilin yanvar-may aylarında "Başak-İnam" topladığı hər 100 manat sığorta haqqının 18,7 manatını müştərilərinə geri qaytarıb. Bu nisbət 2015-ci ilin yanvar-mayında 51,4% olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi