Yuxarı

​Bankların rəhbər şəxsləri ilə görüş keçirilib

Toplantı mətbuat üçün qapalı olub

Bakı. 17 avqust. REPORT.AZ/ Bu gün Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) Direktorlar Şurasının sədri Rüfət Aslanlının Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının rəhbər şəxsləri ilə görüşü keçirilib. "Report" xəbər verir ki, görüşdə bank sektorundakı hazırkı vəziyyət müzakirə edilib.

Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşəbbüsü ilə baş tutan toplantı mətbuat üçün qapalı olub. Müzakirələrin detalları ilə bağlı bir qədər sonra MBNP-nin açıqlama yayacağı gözlənilir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi