Bankların ləğv edilməsinə çəkilən xərclər 5 dəfə azaldılıb

Bankların ləğv edilməsinə çəkilən xərclər 5 dəfə azaldılıb Azad Cavadov: "Əgər hansısa bankın aylıq xərci 1,5 mln. manat idisə, hazırda bu rəqəm 200-300 min manatdır"
Maliyyə
18 Aprel , 2017 10:40
Bankların ləğv edilməsinə çəkilən xərclər 5 dəfə azaldılıb

Bakı. 18 aprel. REPORT.AZ/ Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) bağlanmış kommersiya banklarının ləğv edilməsinə çəkilən xərcləri 5 dəfə azaldıb.

“Report”un məlumatına görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında ADIF-in icraçı direktoru Azad Cavadov məlumat verib.

“Əgər hansısa bankın aylıq xərci 1,5 mln. manat idisə, hazırda bu rəqəm 200-300 min manatdır. Çünki ləğvetmə prosesi vahid mərkəzdən, vahid proqram təminatı ilə, eyni ofisdə həyata keçirilir”, - deyə Fondun rəhbəri qeyd edib. 

Son xəbərlər

Orphus sistemi