Bankların IPO və borc alətləri vasitəsilə kapital bazarlarına çıxışı müzakirə olunub

Bankların IPO və borc alətləri vasitəsilə kapital bazarlarına çıxışı müzakirə olunub Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakı Fond Birjasının (BFB) təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının dəstəyi ilə “BFB-də maliyyələşmə və ticarət imkanlarına” dair dəyirmi masa formatında görüş keçirilib.
Maliyyə
6 Oktyabr , 2018 09:51
Bankların IPO və borc alətləri vasitəsilə kapital bazarlarına çıxışı müzakirə olunub

Bakı. 6 oktyabr. REPORT.AZ/ Bakı Fond Birjasının (BFB) təşkilatçılığı, Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyasının dəstəyi ilə “BFB-də maliyyələşmə və ticarət imkanlarına” dair "dəyirmi masa" formatında görüş keçirilib. 

"Report"un Milli Depozit Mərkəzinə istinadən verdiyi xəbərə görə, tədbirdə “Listinq məsləhət proqramı” və “Qiymətli kağızların ticarətində mövcud trend” haqqında təqdimat edilib, bankların IPO və borc alətləri vasitəsi ilə kapital bazarlarına çıxışı, dövlət qiymətli kağızlar bazarında ticarət prosesi, BFB ticarət sistemindən istifadə imkanları və digər mövzular ətraflı müzakirə olunub.

Görüşdə bank sahəsində çalışan şəxslər, fond bazarının peşəkar iştirakçıları, o cümlədən Milli Depozit Mərkəzinin nümayəndəsi də iştirak edib.

Son xəbərlər

Orphus sistemi