Bankların Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə gömrük yığımlarının məbləği müəyyənləşib

Bankların Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə gömrük yığımlarının məbləği müəyyənləşib Bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Gömrük yığımlarının məbləğləri”ndə əksini tapıb
Maliyyə
29 Aprel , 2016 01:36
Bankların Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə gömrük yığımlarının məbləği müəyyənləşib

Bakı. 29 aprel.REPORT.AZ/ Azərbaycanda bankların və bank olmayan kredit təşkilatlarının Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə 2 min manat məbləğində gömrük yığımı alınacaq.

“Report”un xəbərinə görə, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Gömrük yığımlarının məbləğləri”ndə əksini tapıb.

Bankların və bank olmayan kredit təşkilatlarının Dövlət Gömrük Komitəsinin reyestrinə daxil edilməsinə görə gömrük yığımlarının hesablanması Komitə tərəfindən bu təşkilatların reyestrə daxil edilməsi haqqında qərar qəbul edildiyi gün qüvvədə olan gömrük yığımlarının məbləğləri əsasında həyata keçiriləcək.

Son xəbərlər

Orphus sistemi