Yuxarı
    Bağlamaq

    Bankların əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi bir ay müddətinə dayandırılıb

    Palata bu müddətin uzadılması hüququnu da öz üzərində saxlayıb

    Bakı. 5 aprel. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının növbəti iclası keçirilib. Palatanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclası giriş sözü ilə açan Nəzarət Palatasının Direktorlar Şurasının sədri Rüfət Aslanlı Palatanın təşkilati strukturunun formalaşdırılması və görülən işlər barədə məlumat verib. 

    Sədr bank sektorunda yerli və xarici valyuta ilə verilən istehlak kreditləri, devalvasiya nəticəsində bu kreditlərin durumu, onun sosial iqtisadi nəticələrindən danışıb. Diqqətə çatdırıldı ki, bu proseslər nəticəsində bankların likvidliyi və kapital mövqeyləri zəifləmiş, atılmış restrukturizasiya və digər preventiv tədbirlərə baxmayaraq, mövcud mənfi tendensiyalar davam edir.

    Daha sonra Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurasının sədr müavini Nigar Məmmədova bankların kredit portfelinin strukturu, keyfiyyəti və trendləri haqqında danışaraq, xarici valyutada verilən istehlak kreditlərinin xüsusi çəkisinin artması fonunda gələcəkdə borclanan əhalininn problemlə rastlaşa biləcəyini qeyd edib. 

    N.Məmmədova bütün kredit təşkilatlarına əhalinin kreditləşməsində təmkinli və düşünülmüş siyasət həyata keçirməyi, əhali tərəfindən isə məsuliyyətli borclanmanın təmin edilməsi zərurətini diqqətə çatdırıb.

    Geniş müzakirələr nəticəsində, xarici valyutada verilən istehlak kreditlərinin verilməsi sahəsində dərin və hərtərəfli təhlillərin aparılması, istehlakçıların hüquqlarının müdafiəsinin və maliyyə sabitliyinin təmin olunması üçün 1 ay ərzində yeni tənzimləyici çərçivələrinin müəyyən edilməsinə dair qərar qəbul edilib. 

    Bununla əlaqədar, həmçinin qərara alınıb ki, banklar tərəfindən əhaliyə xarici valyutada istehlak kreditlərinin verilməsi aprelin 5-dən etibarən bir ay müddətinə dayandırılsın və bu haqda müvafiq göstərişlər kredit təşkilatlarına göndərilsin. Palata bu müddətin uzadılması hüququnu da öz üzərində saxlayıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi