Bankların AMB-nin depozit hərraclarına marağı azalır

Bankların AMB-nin depozit hərraclarına marağı azalır Bunu cəlb edilmiş vəsaitlərin məbləğinin getdikcə azalması göstərir
Maliyyə
28 Sentyabr , 2016 16:37
Bankların AMB-nin depozit hərraclarına marağı azalır

Bakı. 28 sentyabr. REPORT.AZ/ Azərbaycan Mərkəzi Bankı (AMB) indiyə qədər keçirdiyi depozit hərraclarında kommersiya banklarından 555 mln. manat vəsait cəlb edib. 

Bu barədə "Report" AMB-yə istinadən xəbər verir. 

Qurumun açıqladığı məlumatlar göstərir ki, bankların depozit hərraclarına marağı getdikcə azalır. 

Belə ki, sentyabrda cəlb olunmuş vəsaitlərin məbləği 109 mln. manat təşkil edib ki, bu da avqust ayı ilə müqayisədə 19,3% azdır. Avqustda isə AMB depozit hərraclarından 135 mln. manat cəlb edə bilib ki, bu da iyul ayına nisbətən 25,8% azdır. Xatırladaq ki, iyul ayı üzrə göstərici 135 mln. manat olub. AMB-nin iyunda keçirdiyi ilk və yeganə depozit hərracı isə quruma 129 mln. manat vəsait gətirib. 

Son xəbərlər

Orphus sistemi