Azərbaycandakı banklardan biri gənclər üçün kredit aksiyası keçirir

Azərbaycandakı banklardan biri gənclər üçün kredit aksiyası keçirir Nağd pul krediti götürmək istəyən, yaşı 35-dək olan müştərilər bank komissiyasından azad edilib
Maliyyə
2 Fevral , 2015 12:19
Azərbaycandakı banklardan biri gənclər üçün kredit aksiyası keçirir

Bakı. 2 fevral. REPORT.AZ/ "Expressbank" ASC 2 fevral – Gənclər Günü münasibətilə yeni kredit aksiyası təqdim edir. Aksiya fevralın 14-dək davam edəcək.

"Report" banka istinadən xəbər verir ki, aksiyanın şərtlərinə görə, nağd pul krediti götürmək istəyən, yaşı 35-dək olan müştərilər bank komissiyasından (kredit rəsmiləşdirilməsi, sığorta və nağdlaşma) azad olunacaqlar. Kreditin məbləği 10 000 manatadək, maksimal müddəti isə 36 aydır. Üstəlik müştərilərə SmileCard taksit kartı hədiyyə ediləcək.

Qeyd edək ki, "Expressbank" müxtəlif proqramlar üzrə kreditlər təklif edir. Mikro və kiçik biznes üçün kreditlər, ipoteka krediti, avtomobil krediti, təhsil və səhiyyə işçilərinə kredit, dövlət işçilərinə kredit, təmir və digər istehlak kreditləri mövcuddur.

"Expressbank"ın xidmət şəbəkəsi 17 filialdan ibarətdir. Onlardan 12-si Bakı və Sumqayıt şəhərlərində, 5-i isə ölkənin Gəncə, Mingəçevir, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 90-dək bankomat, 5000-dək POS terminal və 160-dək ExpressPay ödəniş terminalı vardır. 

Son xəbərlər

Orphus sistemi