Yuxarı
    Bağlamaq

    Banklara elektron ticarətə ƏDV-nin tətbiqi ilə bağlı 1 ay möhlət verilib

    Bu məsələ ilə bağlı Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Vergilər Nazirliyi arasında razılıq əldə olunub

    Bakı. 10 yanvar. REPORT.AZ/ Maliyyə Bazarlarına Nəzarət Palatası və Vergilər Nazirliyi kommersiya banklarının elektron ticarətdə ƏDV-nin tutmaması ilə bağlı razılığa gəlib. 

    "Report" xəbər verir ki, yeni razılaşmaya əsasən, banklar 1 ay ərzində elektron ticarət əməliyyatlarına qarşı ƏDV tətbiq etməyəcək.

    Xatırladaq ki, yeni ildən Vergi Məcəlləsinə edilən son dəyişikliklərə görə, Azərbaycan banklarına məxsus plastik kartlarla xarici rezidentlərdən alınan xidmətlərə görə 18% ƏDV hesablanmalıdır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi