Yuxarı
    Bağlamaq

    Azərbaycanda əhaliyə nağd dollar satışı 47% artıb

    Xarici valyutaya tələbin kəskin artması bazarın həm nağd, həm də qeyri-nağd seqmentlərində özünü büruzə verib

    Bakı. 24 fevral. REPORT.AZ / Azərbaycanda banklar tərəfindən əhaliyə ABŞ dolları ilə satılan xalis nağd xarici valyuta ötən ilə nisbətən 47,4% artaraq 8.8 mlrd. ABŞ dolları təşkil edib. "Report"un Mərkəzi Bankın "Pul siyasəti icmalı"na istinadən verdiyi xəbərə görə, 2015-ci ildə xalis satılan ABŞ dollarının 50%-i, Avronun isə 29%-i ilin I rübündə satılıb.

    Məlumatda qeyd olunub ki, xarici valyutaya tələbin kəskin artması valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində özünü büruzə verib.

    "2015-ci ildə valyuta bazarında xarici valyuta təklifinin əhəmiyyətli azalması, xarici valyutaya tələbin isə kəskin artması müşahidə edilib. Xarici valyuta təklifinin azalması ilk növbədə neftin dünya qiymətinin aşağı düşməsi və tərəfdaş ölkələrdə iqtisadi vəziyyətin pisləşməsi ilə bağlı xarici valyuta gəlirlərinin aşağı düşməsilə izah olunur. Tədiyyə balansı profisitinin aşağı düşməsi şəraitində dövlət xərclərinin əsas mənbəyi olan neft gəlirləri üzrə transfertlərin əhəmiyyətli azaldılması müşahidə olunub", - icmalda deyilir.

    Həmçinin qeyd olunur ki, xarici valyutaya tələbin kəskin artması əsasən dollarlaşmanın yüksəlməsi ilə izah olunur: "Qlobal əmtəə bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi və əsas ticarət tərəfdaşları olan ölkələrdə devalvasiya dalğaları ölkədə milli valyutanın ucuzlaşması gözləntilərini gücləndirib və dollarlaşmanın yüksəlməsinə səbəb olub. Xarici valyutaya tələbin kəskin artması valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində özünü büruzə verib."

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi