Yuxarı

Bank VTB həlak olmuş erməni hərbçilərin kredit öhdəliklərini sıfırlamağı planlaşdırmır

Belə bir qərar qəbul edilməyib və qəbul olunması planlaşdırılmır

Bakı. 12 aprel. REPORT.AZ/ "Bank VTB (Ermənistan)" QSC bu ayın əvvəlində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini sıfırlamağı planlaşdırmır.

"Report" xəbər verir ki, bu barədə "VTB Qrup"dan bildirilib.

Məlumata görə, belə bir qərar qəbul edilməyib və qəbul olunması planlaşdırılmır.

Qeyd edək ki, Ermənistan mətbuatı "Bank VTB (Ermənistan)" QSC-nin qoşunların təmas xəttində hərbi toqquşmalar nəticəsində həlak olmuş erməni hərbçilərin ailələrinin kredit müqavilələri üzrə öhdəliklərini ləğv etməsi ilə bağlı məlumat yaymışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi