"Bank VTB"də dövlətin payı azaldılır

"Bank VTB"də dövlətin payı azaldılır Rusiya prezidenti dövlətin Bankın nizamnamə kapitalında payının 42,83%-dək azaldılmasına icazə verib
Maliyyə
12 May , 2016 17:19
Bank VTBdə dövlətin payı azaldılır

Bakı. 12 may. REPORT.AZ/ Rusiya prezidenti Vladimir Putin "Bank VTB"nin nizamnamə kapitalında dövlətin payının 42,83%-dək azaldılmasına icazə verib. "Report"un Rusiya KİV-inə istinadən verdiyi xəbərə görə, bu barədə dərc olunan müvafiq prezident fərmanında bildirilib.

Hazırda Rusiya Əmlakın İdarə edilməsi Federal Agentliyinin timsalında "Bank VTB"nin əsas idarəedici səhmdarı hesab olunur.

Xatırladaq ki, 2016-cı ilin əvvəlində Rusiya hökuməti 2 il ərzində 1 trln. rubl həcmində dövlət səhmlərini satmaq niyyətini açıqlayıb. Planda VTB-nin səhmlərinin 10,9%-nin satışı da qeyd olunmuşdu. Bu il yanvarın ortalarında İqtisadi İnkişaf Nazirliyinin rəhbəri Aleksey Ulyukayev "Sberbank" və VTB-nin özəlləşdirilməsi məsələsini yenidən gündəmə gətirib. 

Qeyd edək ki, 2007-ci ildə "Bank VTB" Azərbaycanda "AF-Bank" ASC-nin nizamnamə kapitalında 51%-lik iştirak payı alıb. Azərbaycan Mərkəzi Bankından 2009-cu il martın 19-da lisenziya alan bank 2008-ci ilin fevralında adını "Bank VTB (Azerbaijan)" ASC-yə dəyişdirib. Sonradan Azərbaycanın "AtaHolding" Şirkətlər Qrupu bankda 49%-lik iştirak payı alıb.

Son xəbərlər

Orphus sistemi