“Bank VTB” Rusiyada hər il 80 bankın bağlanacağını proqnozlaşdırır

“Bank VTB” Rusiyada hər il 80 bankın bağlanacağını proqnozlaşdırır Bankın rəhbəri Andrey Kostin sektor üzrə təmizlənmənin davam edəcəyini gözləyir
Maliyyə
20 İyun , 2017 17:27
“Bank VTB” Rusiyada hər il 80 bankın bağlanacağını proqnozlaşdırır

Bakı. 20 iyun. REPORT.AZ/ “Bank VTB” ASC (Rusiya) ölkənin bank sektorunda təmizləmənin davam edəcəyini proqnozlaşdırır. 

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə Bankın rəhbəri Andrey Kostin çıxış edib.

Onun fikrincə, Rusiya Bankı (Mərkəzi Bank) ildə kapital çatışmazlığı problemi yaşayan təxminən 80 bankın lisenziyasını ləğv edəcək.

“Ümumilikdə biz bank sektorunda vəziyyətin yaxşılaşdığını müşahidə edirik. Bu baxındam mən Rusiya Bankının siyasətini dəstəkləyirəm”, - deyə o, qeyd edib. 

Son xəbərlər

Orphus sistemi