​Bank VTB (Azərbaycan)-ın Sumqayıtda filialı açılıb

​Bank VTB (Azərbaycan)-ın Sumqayıtda filialı açılıb Yeni filial Sumqayıt şəhəri, 34-cü kvartal, 50.1 ünvanında fəaliyyətə başlayıb.
Maliyyə
28 Noyabr , 2014 18:36
​Bank VTB (Azərbaycan)-ın Sumqayıtda filialı açılıb

Bakı. 28 noyabr. REPORT.AZ/ Noyabrın 28-də Bank VTB (Azərbaycan)-ın əhalisinin sayına görə ölkənin üçüncü böyük şəhərində müştərilərə bank xidmətləri göstərəcək Sumqayıt filialının açılış mərasimi keçirilib. Bununla da Bank VTB (Azərbaycan) özünün sayca 13-cü filialını istifadəyə verib ki, bu, həm də bankın Bakıdan və Abşeron yarımadasından kənarda ilk filialıdır. Bu barədə "Report"a bankın mətbuat xidmətindən məlumat verilib.

Yeni filial Sumqayıt şəhəri, 34-cü kvartal, 50.1 ünvanında fəaliyyətə başlayıb.

Tədbirin açılış mərasimində Bank VTB (Azərbaycan)-ın İdarə Heyətinin və Müşahidə Şurasının üzvləri, "VTB Qrup"un və "AtaHolding”in təmsilçiləri, fəxri qonaq qismində Sumqayıt Şəhər İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.

Xatırladaq ki, Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC əsasən korporativ, kiçik və fərdi biznesi təmsil edən müştərilərə xidmət göstərir. Bu gün bank 13 filial və baş ofis yanında müştəri xidmətləri idarəsi ilə təmsil olunur. 

Son xəbərlər

Orphus sistemi