Yuxarı

"Bank VTB (Azərbaycan)" yeni depozit məhsulunu təqdim edib

Depozit sahiblərinə illik 12% qazandıra bilər

Bakı. 13 yanvar. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)" ASC bazara yeni "Universal Plyus" depozit məhsulunu çıxarıb. Depozitin üstünlüyü təklif olunan bonuslardadır ki, bununla da əmanət üzrə maksimal faiz dərəcəsi illik 12% ola bilər.

"Report"un banka istinadən verdiyi xəbərə görə, yeni məhsulun şərtlərinə əsasən, depozit üzrə hesablanan faizlər müştərinin seçimindən asılı olaraq hər ay və ya müddətin sonunda ödənilir. Əmanət müddətin sonunda faizlərin ödənilməsi şərti ilə açıldıqda bonuslar hesablanmış faizlərin üzərinə əlavə olunur. Əmanət faizlərin aylıq əsasda ödənilməsi şərti ilə olduqda bonus ilkin əmanət məbləğinə əlavə edilir. Bundan başqa, bonus proqramına əsasən, müştərilərə plastik kart və pulsuz SMS-xəbərdarlıq xidməti hədiyyə olunur.

"Əmanətin sığortalanmasına üstünlük verən müştərilər bu məhsul üzrə daha aşağı faiz seçə bilər. Belə ki, müştərilər "Universal Plyus" əmanətini standart, yəni bonussuz şərti ilə şeçərsə, bu halda əmanət üzrə faiz dərəcəsi 9% təşkil edəcək və depozit Əmanətlərin Sığortalanması Fondu tərəfindən sığortalanmış olur", - bankdan bildirilib.

"Universal Plyus" əmanəti milli valyutada açılır, depozitin minimal məbləği 300 manat olmalıdır. Əmanətin müddəti 3-36 ay, depozit müddətinin birinci yarısında əmanətin ən azı 100 manat artırılması mümkündür.

Xatırladaq ki, "Bank VTB (Azərbaycan)" ASC-nin səhmdarları qismində "VTB Bank" ASC və "AtaHolding" ASC çıxış edir. Bank korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi