​"Bank VTB (Azərbaycan)" yeni depozit aksiyasına başlayıb

​"Bank VTB (Azərbaycan)" yeni depozit aksiyasına başlayıb Əmanət yerləşdirən müştərilər əlavə bonus faizləri qazanacaqlar
Maliyyə
5 Mart , 2015 18:02
​Bank VTB (Azərbaycan) yeni depozit aksiyasına başlayıb

Bakı. 5 mart. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)" ASC müştərilər üçün “Yaz hədiyyəsi” adlı yeni depozit aksiyasına start verib. Bu aksiya çərçivəsində “Zəmanətli” depozit üzrə 12 ay müddətinə əmanət yerləşdirən müştərilər əlavə bonus faizləri qazanacaq.

"Report"un banka istinadən verdiyi xəbərə görə, aksiyanın şərtlərinə əsasən, hədiyyə bonusları sayəsində “Zəmanətli” əmanətin gəlirliyi illik 12%-ə çatacaq. Bu, fazilər rüblük ödənildiyi halda mümkün olacaq. Faizlər aylıq ödənildikdə əmanətin faiz dərəcəsi 11% təşkil edəcək. Bonuslar depozit müddətinin sonunda ödəniləcək. Aksiya çərçivəsində müştərilər 100 min manat və ya 125 min dollara qədər pul vəsaiti yerləşdirə bilər.

"Bu şərtlər həm manat, həm dollarla olan depozitlər üçün eynidir. Beləliklə, müştərilərimizə öz vəsaitlərini ən sərfəli, zəmanətli şərtlərlə yerləşdirmək imkanı yaradacaq. Bankımızın “Yaz hədiyyəsi” vəsaitlərini artırmaq istəyənlər üçün əla fürsətdir”, - "Bank VTB (Azərbaycan)"ın Pərakəndə biznesin inkişafı Departamentinin direktoru Tural Vəliyev bildirib.

Qeyd edək ki, aksiya aprelin 30-dək davam edəcək.

Xatırladaq ki, "Bank VTB (Azərbaycan)" ASC "VTB Bank" ASC-nin törəmə qurumudur. "Bank VTB (Azərbaycan)" ASC-nin səhmdarları "VTB Bank" ASC və “AtaHolding” ASC-dir. "Bank VTB (Azərbaycan)" ASC korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi