​"Bank VTB (Azərbaycan)" yeni depozit aksiyasına başlayıb

​"Bank VTB (Azərbaycan)" yeni depozit aksiyasına başlayıb İyulun 20-dək davam edəcək aksiya "Sərfəli" depozit məhsulu proqramı çərçivəsində keçirilir
Maliyyə
23 Aprel , 2015 12:59
​Bank VTB (Azərbaycan) yeni depozit aksiyasına başlayıb

Bakı. 23 aprel. REPORT.AZ/ "Bank VTB (Azərbaycan)" ASC "Sərfəli Yay" adlı yeni depozit aksiyasına start verib. Aksiya müştərilərə manatla əmanət yerləşdirməyə imkan verir.

"Report"un Banka istinadən verdiyi xəbərə görə, “Sərfəli” depoziti üzrə 12 ay müddətinə manatla əmanət yerləşdirən müştərilər aksiya çərçivəsində əlavə bonus faizləri qazanacaq. Bonus faizləri ilə birgə “Sərfəli” əmanəti üzrə faiz dərəcəsi faizlər aylıq ödənildikdə illik 13,5% təşkil edəcək. Faizlər müddətin sonunda ödənildikdə əmanət üzrə faiz dərəcəsi 14% olacaq.

Əmanətlərini dollarla yerləşdirməyə üstünlük verən müştərilər də “Sərfəli” depozit məhsulundan istifadə edə bilər. Əmanət 12 aylıq yerləşdirildiyi halda ödəniş şərtindən asılı olmayaraq depozit üzrə faiz dərəcəsi illik 12% təşkil edir.

Həmçinin depoziti fərqli faiz dərəcələri ilə 6 və 9 ay müddətinə açmaq olar. Əmanət üzrə minimal məbləğ 300 manat (dollar) olmalıdır.

İyulun 20-dək davam edəcək “Sərfəli Yay” aksiyası “Sərfəli” depozit məhsulu proqramı çərçivəsində keçirilir.

Xatırladaq ki, "Bank VTB (Azərbaycan)" ASC "VTB Bank" ASC-nin törəmə qurumudur. "Bank VTB (Azərbaycan)" ASC-nin səhmdarları "VTB Bank" ASC və “AtaHolding” ASC-dir. "Bank VTB (Azərbaycan)" korporativ biznes, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcə də fiziki şəxslərə xidmət göstərir. Bu gün bank 14 filial və baş ofis yanında Müştəri Xidmətləri İdarəsi ilə təmsil olunub.

Son xəbərlər

Orphus sistemi