"Bank VTB (Azerbaijan)" tender elan edib

"Bank VTB (Azerbaijan)" tender elan edib Tender təklifləri noyabrın 14-dək təqdim olunmalıdır
Maliyyə
10 Noyabr , 2016 11:47
Bank VTB (Azerbaijan) tender elan edib

Bakı. 10 noyabr. REPORT.AZ/ "Bank VTB (Azerbaijan)" ASC POS-terminalların alınması ilə bağlı açıq tender elan edib. Bu barədə "Report"a Bankdan bildirilib.

Məlumata görə, tender təklifləri və lazımi sənədlər noyabrın 14-ü, saat 16:00-dan gec olmayaraq "Bank VTB (Azerbaijan)"ın Bakı şəhəri, Nəsimi rayonu, Xətai prospekti,38 ("Messenat Plaza") ünvanında yerləşən baş ofisinə təqdim edilməlidir.

Təkliflərə Bankın Tender Komitəsi baxacaq (əlaqələndirici şəxs - Rüfət Sultanov).

Son xəbərlər

Orphus sistemi